Modern.az

Əli Əsədov iclas keçirdi

Əli Əsədov iclas keçirdi

İqtisadiyyat

10 Mart 2022, 20:17

Bu gün Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində 2021-ci ildə Holdinqin görülən işlər barədə fəaliyyət hesabatı, üç portfel şirkətin “Azər-Türk Bank” ASC, “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” və “Təmiz şəhər” ASC-nin fəaliyyətinin diaqnostikasının nəticələri, portfel şirkətlərində Koordinasiya Ofislərinin təşkili haqqında və digər cari məsələlər müzakirə edilib.

 

Holdinqin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib. Həmçinin iclasda diaqnostikanın nəticələri barədə aidiyyəti portfel şirkətlərin Müşahidə Şurasının sədrinin və şirkət rəhbərlərinin çıxışları ətrafında geniş müzakirələr aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi