Modern.az

"Whatsapp"da yeni funksiya

Dünya

11 Mart 2022, 00:54

"Whatsapp" messencerində yeni funksiya yaradılıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, messencer qrup yazışmalarında sorğuların keçirilməsi funksiyasını sınaqdan keçirir. Funksiya hələlik iOS platformasında olan telefonlar üçün beta versiyada yaradılıb.

 

Qrup çatları daxilində sorğunun yaradılması şifrələmə ilə qorunacaq. İstifadəçilər sualı daxil edərək səsverməyə başlayacaq və nəticələr qrup çatı daxilində göstəriləcək.

 

Akif İsmayılov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu