Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Yanvarın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı, bəzi yerlərdə 20 dərəcəyədək yüksələcəyi, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında davam edən mülayim isti hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Modern.az