Modern.az

Antalya Forumunu yüzlərlə jurnalist işıqlandıracaq

Antalya Forumunu yüzlərlə jurnalist işıqlandıracaq

11 Mart 2022, 11:00

Bu gün Antalyada start götürəcək Diplomatiya Forumu dünyanın diqqət mərkəzindədir.

 

Bu barədə Modern.az-a Antalya Jurnalistlər Cəmiyyətinin sədri İdris Taş bildirib.

 

Onun sözlərinə görə, forum dünyanın müxtəlif ölkələrindən Türkiyəyə gələn media mənsubları tərəfindən işıqlandırılacaq.

 

“Bu gün Antalya  Diplomatiya Forumu dünya mediasında geniş işıqlandırılacaq. Bunun üçün müxtəlif ölkələrdən gələn jurnalistlər hazırlıq işləri görürlər. Dünən Türkiyə-Rusiya-Ukrayna xarici işlər nazirlərinin görüşüni işıqlandırmaq üçün 334 jurnalist akkreditasiyadan keçmişdi. Bunlardan 150-si xarici media idi. Bu gün forumda yüzlərlə jurmalistin iştirakı gözlənilir. Rusiya, Amerika, İngiltərə, Yaponiya, Kanada, Niderland və digər ölkədən olan jurnalistlər prosesləri işiqlandıracaq. Bu gün yerli vaxtla saat 11-də Rəcəb Tayyib Ərdoğan forumun açılışına qatılacaq”, - deyə İdris Taş vurğulayıb.

 

Qeyd edək ki, bu gün dünyanın siyasi gündəmi Türkiyənin Antalya şəhərində keçiriləcək Diplomatik Foruma yönəlib. Forumda dövlət başçıları, xarici işlər nazirləri və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri də daxil olmaqla 2000-dən çox qonağın iştirakı gözlənilir.

 

Həmçinin oxuyun:

Gözlər Antalya Forumunda - Kimlər nələri müzakirə edəcək...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu