Modern.az

Azay Quliyev: “Ştrasser məğlub olduğunu etiraf etdi”

Azay Quliyev: “Ştrasser məğlub olduğunu etiraf etdi”

Təhsil

24 Yanvar 2013, 17:31

“Avropa Şurası Parlament Assambleyası Ştrasserin hesabatını rədd etməklə  özünün bərabərhüquqlu üzvlərindən birinə-Azərbaycana qarşı iki ilə yaxın aparılan haqsız və eyni zamanda qərəzli kampaniyaya son qoydu. Ona görə də bu səsverməni təkcə Azərbaycanın deyil, həm də Avropa Şurasının qələbəsi kimi dəyərləndirmək lazımdır”. Bu sözləri millət vəkili Azay Quliyev AŞPA-nın Azərbaycan üzrə məruzəçi Kristofer Ştrasserin siyasi məhbus məsələsilə bağlı hazırladığı məruzəsi barədə Modern.az-a danışarkən deyib A.Quliyevin sözlərinə görə, AŞPA-da Kristofer Ştrasserin məruzəsilə bağlı səsvermə məntiqsiz siyahının məntiqi sonluğu idi.

“AŞPA deputat Ştrasserin təklif etdiyi siyahını və hesabat layihəsini rədd etməklə Azərbaycana olan inama və etimada səs verdi və bununla da Avropa Şurasında baş verə biləcək hüquqi və siyasi böhranın qarşısını aldı. Sonda Ştrasser özündə güc tapıb məğlub olduğunu etiraf etdi.

Ştrasserin və onun arxasında duran qüvvələrin bu cür siyasəti əvvəlcədən iflasa məhkum idi. Bunun səbəbi nə idi? Birinci, Ştrasser hər şeydən öncə Azərbaycanı AŞPA-nın bütün üzv ölkələrindən ayıraraq hədəfə götürməklə çox ciddi səhvə yol vermişdi. İkinci, o hazırladığı siyahıya terrorçuları, separatçıları və konkret cinayət törətmiş insanları daxil etməklə, bir sözlə, Azərbaycanda “siyasi məhbus” ovuna çıxmaqla tərəfsiz və obyektiv məruzəçi statusunu heçə endirmişdi. Üçüncü, Azərbaycan öz haqlı mövqeyini axıra qədər qorumağı bacardı və bunun nəticəsində AŞPA-nın obyektiv və praqmatik düşünən böyük bir hissəsinin dəstəyini qazana bildi. Bu həm də AŞPA ilə Azərbaycanın daha uğurlu əməkdaşlığı üçün yeni mərhələnin əsasını qoydu. Ümid edirəm ki, AŞPA bir təşkilat olaraq bu olaydan ciddi nəticə çıxaracaq və gələcəkdə bu kimi həssas mövzular üzrə məruzəçilərin təyinatı zamanı daha diqqətli olacaq”.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı