Xalq yazıçısı, Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov Azərbaycanda dəfn olunacaq.
Bu barədə Modern.az-a rejissor Tahir Tahiroviç məlumat verib.
T.Tahiroviç deyib ki, mərhumun nəşinin bazar günü ölkəyə gətirilməsi nəzərdə tutulub:
"Bu ailəvi bir məsələ olduğu üçün dəqiq qərarı onlar verəcəklər. Əgər Rüstəm bəyin hər hansı vəsiyyəti yoxdursa, böyük ehtimal qardaşı Maqsud İbrahimbəyovun yanında - I Fəxri xiyabanda dəfn ediləcək".
Gülşən