Modern.az

Cənubi Zəngəzur dəhlizi yaradılır

Cənubi Zəngəzur dəhlizi yaradılır

Qərbi Azərbaycan

11 Mart 2022, 21:11

"Bu gün Azərbaycanla İran arasında, qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisə oldu. Sazişə əsasən Araz çayı üzərində tikilən körpülər vasitəsilə Zəngilan rayonu ilə Ordubad rayonu avtomobil, dəmir yolu, elektrik, qaz, rabitə xəttləri ilə birləşdiriləcək. Bu saziş Azərbayacan və İranın dövlət maraqlarına xidmət edən layihənin reallaşması üçün yeni mərhələnin başlanması deməkdir".

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

 

Komitə sədri bildirib ki, Azərbaycan yeni sazişlə əslində Zəngəzur dəhlizini cənub istiqamətində genişləndirdi. Onun sözlərinə görə, Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin şimal istiqaməti ilə bir-birini tamamlayacaq, lazım gəldikdə isə əvəz edəcək yeni kommunikasiya yolu Azərbaycanın və partnyorlarının imkanlarını xeyli genişləndirəcək, hər hansı bir dövlətin inhisar mövqeyini aradan qaldıracaq.

 

"Bu saziş ilə Azərbaycan Ermənistanın da yersiz və səbatsız siyasi hesablarını alt-üst etdi. Zəngəzur dəhlizindən Azərbaycana təzyiq aləti kimi istifadə etməyi planlaşdıran Ermənistan sonda özü təzyiq altında düşdü. İndi artıq Ermənistan Azərbaycan ilə Şimali Zəngəzur dəhlizinin açılmasını yeni şərtlər və şəraitdə müzakirə etməli olacaq. Bu dəhliz də açılacaq və ya özünü təcrid şəraitində yaşamağa davam edəcək, edə bilsə...

 

İqtisadiyyat romantizmi sevmir, o praqmatizmə və dəmir məntiqə əsaslanır. Azərbaycanın iqtisadi siyasəti isə həm də dəmir yumruğa əsaslanır. Azərbaycan Prezidenti regional iqtisadi siyasətdə əsl peşəkar şahmat oyunu nümayiş etdirir. Ermənistan isə vəziri vurulmuş, vəzir olmağa çalışan piyada gedişləri ilə məşğuldur", - deyə komitə sədri vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI