Modern.az

Rusiya hərbçiləri meri qaçırdılar - VİDEO

Rusiya hərbçiləri meri qaçırdılar - VİDEO

Dünya

11 Mart 2022, 22:42

Ukraynanın Melitopol şəhərinin meri İvan Fedorov Rusiya hərbçiləri tərəfindən qaçırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqram kanalında bildirib.

 

Məlumata görə, şəhər merini 10 rusiyalı hərbçi qaçırıb. Hazırda onun harada olduğu bilinmir. 

 

Qeyd edək ki, bundan əvvəl İvan Fedorov Rusiya ilə əməkdaşlıq təklifini rədd edib və şəhərin humanitar fəlakətin astanasında olduğunu bildirib. Rusiyalı hərbçilər onu böhran mərkəzindən naməlum istiqamətdə aparıblar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu