Modern.az

Putinin nüvə şantajı üçün iki variantı var” - Ukrayna kəşfiyyatı

“Putinin nüvə şantajı üçün iki variantı var” - Ukrayna kəşfiyyatı

12 Mart 2022, 09:49

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiyanın nüvə şantajı üçün bir neçə variantı var.

Modern.az xəbər verir ki, bu barədə “Ukrinform”a müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov bildirib.

"Bizdə hələ ki iki variantın hazırlandığı ilə bağlı məlumat var. Ruslar hansını seçəcəklər, bu, yalnız onlardan asılıdır. Birincisi, meşələrin geniş miqyasda radioaktiv maddələrlə yandırılmasıdır, radioaktiv bulud dərhal qalxacaq və küləyin əsdiyi istiqamətə gedəcək.
İkincisi, nüvə anbarına qarşı artilleriyadan istifadədir. Nəticə, birinci haldakı kimi olacaq”.

Budanov deyib ki, hər iki halda Rusiya rəhbərliyi Ukraynanı, daha doğrusu, onun mövcud olmayan “nasist” birləşmələrinini günahlandırmaq niyyətindədir.
 

O, rusların bu cür şantaj növünə ilk dəfə əl atmamasına diqqət çəkib, çünki bu müharibə dövründə Rusiya Federasiyası Zaporojye AES-ə və Xarkov Fizika-Texnika İnstitutuna silahla hücum edib.

Budanov vurğulayıb ki, istənilən nüvə şantajı nüvə terrorizmi, ekosid və ekoloji fəlakət olacaq və bundan ən çox Belarus və Ukrayna zərər çəkəcək.

Fevralın 24-də Rusiyanın silahlı hücumu nəticəsində Çernobıl Atom Elektrik Stansiyasının təcrid zonasında yerləşən bütün obyektləri rus qoşunları tərəfindən nəzarətə götürülüb.

Martın 9-da Çernobıl AES-in enerjisi tamamilə kəsilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza