“Altılıq formatında tərəflər kommunikasiya xətlərinin açılması prosesində maraqlıdırlar. Zəngəzur dəhlizindən Azərbaycan və Ermənistan da faydalanacaq".
Modern.az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumu çərçivəsində “Cənub Qafqazda inklüziv sülhün perspektivi” mövzusunda keçirilən panel müzakirələrində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
C.Bayramov qeyd edib ki, Zəngəzur dəhlizi işə salınarsa, 6 ölkə üçün faydalı olacaq:
“Bəziləri Gürcüstanın bundan kənarda qalacağını deyir. Amma Gürcüstan da dəhlizdən istifadə edə biləcək. Hazırda Gürcüstanla İran arasında dəmir yolu xətti yoxdur. Əgər Zəngəzur dəhlizi reallaşsa, bu iki ölkə arasında dəmir yolu əlaqəsi yaranacaq”.