Ukraynada dünyanın 52 ölkəsinin nümayəndələri döyüşür.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.
Onun sözlərinə görə, döyüşçülər Polşa, Baltikyanı və Skandinaviya ölkələrindən olan hərbçilərdir.
"Könüllülər Rusiyaya qarşı döyüşmək üçün Beynəlxalq Legionun sıralarına qoşulublar. Hüquqi məsələlər həll edildikdən sonra əcnəbi hərbçilərə texnika və silahlar verilir. Daha sonra legionerlər xüsusi hazırlıq keçir, hərbi hissələr formalaşdırılır", - ölkə rəsmisi deyib.