Türkiyədə səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dəvətə görə rəsmi Ankaraya təşəkkür edib.
Modern.az xəbər verir ki, erməni nazir bu barədə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Antalyada keçirdiyi görüşdən sonra yerli mediaya açıqlamasında bildirib.
Mirzoyan Türkiyənin Antalya Diplomatiya Forumunda iştirakla bağlı dəvətini pozitiv addım kimi qiymətləndirdiklərini deyib.
O, həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün təmasların davam etdirildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ermənistanlı həmkarı Ararat Mirzoyanla görüş keçirib. XİN başçıları Antalya Diplomatiya Forumu çərçivəsində danışıqlar aparıblar. Görüşdə iki ölkə arasında əlaqələrin normallaşması və regional məsələlər müzakirə edilib.
Xatırladaq ki, Ermənistanın XİN başçısı Ararat Mirzoyan Türkiyədə səfərdədir. O Antalya Diplomatiya Forumunda iştirak edir.