Modern.az

Qəzada ölən 5 nəfərin adı məlum oldu - YENİLƏNİB

Qəzada ölən 5 nəfərin adı məlum oldu - YENİLƏNİB

12 Mart 2022, 13:48

Cəlilabadda baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub. 

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə zamanı "VAZ-2107" və "Mitsubishi" markalı avtomobillər toqquşub. 

 

Qəza nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü, 1966-cı il təvəllüdlü Məlikov Saleh İshaq oğlu, sərnişinlər 1978-ci il təvəllüdü Kərimov Elçin Xanverdi oğlu, 1970-ci il təvəllüdlü İmanova Şura Həsənağa qızı, 1995-ci il təvəllüdlü Şahbazova Gültəkin Həmzə qızı, 1975-ci il təvəllüdlü Kərimova Gülnarə Sulduz qızı hadisə yerində ölüb. Onların hamısı Cəlilabad rayonunun Şabanlı kənd sakinləridir. 

 

Qəza nəticəsində "Mitsubishi" markalı avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Cəlilabad rayonunun İnili kənd sakinləri, 1948-ci il təvəllüdlü Rəhimov Xudaş Musa oğlu, 1984-cü il təvəllüdlü Rəhimov Samir Xudaş oğlu, 2006-cı il təvəllüdlü Rəhimova Jalə Samir qızıdır. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

 

***

13:26

 

Cəlilabadda yol qəzası baş verib, 5 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, hadisə Cəlilabad-Yardımlı yolunun Sərhədabad kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

 

İlkin məlumata görə, qəza zamanı 5 nəfər ölüb. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?