Rusiya-Ukrayna müharibəsinin 17-ci günü davam edərkən, qanlı toqquşmalarda hər iki tərəf böyük itkilər verir. Ukraynanın bir çox şəhərləri mühasirədədir.
Bu arada Rusiya xüsusi xidmət orqanları ilə bağlı səs-küy doğuracaq bir iddia ortaya atılıb.
İddialara görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Beynəlxalq Əlaqələr Xidmətinin rəhbəri Sergey Orestoviç və onun müavini Anatoli Bolyux Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə əvvəlcə həbs olunub, sonra onlar ev dustaqlığına buraxılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı rusiyalı jurnalist Andrey Soldatov ictimailəşdirib.
İddiaya görə, Ukrayna müharibəsində FSB-nin kəşfiyyatda böyük uğursuzluq nümayiş etdirdiyini düşünən Putin bunun məsuliyyətini Orestoviç və Bolyuxda görüb.
Qeyd edilir ki, FSB-nin Ukrayna müharibəsi ilə bağlı ona yanlış məlumat verdiyini düşünən Putin bu iki şəxsin korrupsiyada əli olduğunu güman edir.
FSB-nin Ukrayna ordusunun müqavimətinin kifayət qədər zəif olduğunu bildirdiyi iddia edilərkən, müharibə başlayandan bəri Rusiya ordusuna böyük müqavimət göstərməsinin Putini qəzəbləndirdiyi bildirilir.
Müharibə başlayandan bəri FSB-nin xəbərlərinin kifayət qədər tutarsız olduğunu düşünən Putinin bu səbəbdən iki yüksək rütbəli şəxsi ev dustağı etdiyi vurğulanıb.