Modern.az

Ərəbistanda 81 nəfər edam edildi

Ərəbistanda 81 nəfər edam edildi

Dünya

12 Mart 2022, 19:09

Səudiyyə Ərəbistanında 81 nəfər edam edilib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Edam edilənlər Husi, Əl-Qaidə və İŞİD terror təşkilatları ilə əməkdaşlıq etməkdə, adam oğurluğu, silah qaçaqmalçılığı kimi cinayətlərdə ittiham olunublar.

 

Onların adları, milliyyətləri və törətdikləri cinayət əməlləri barədə əlavə məlumat verilməyib.

 
Akif İsmayılov
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza