Rusiya Dövlət Dumasında RF vətəndaşlığına qəbulun asanlaşdırılması məqsədilə yeni qanun layihəsi müzakirəyə çıxarıb. Yeni qanun layihəsinə görə, qarışıq nikahlardan dünyaya gələn uşaqlar valideynlərdən birinin razılığı olmadan avtomatik şəkildə Rusiya vətəndaşlığı ala biləcək. Bu imtiyaz Rusiya vətəndaşı olan ataya/anaya verilir. Bundan əvvəl isə qüvvədə olan qanuna görə, uşağa RF vətəndaşlığının verilməsi xarici vətəndaş olan valideynin yazılı razılığı ilə baş tuta bilərdi.
Əlövsət Əliyevin sözlərinə görə, yeni qanun ayrı-ayrılıqda Rusiya və Azərbaycan vətəndaşları olan valideynlər arasında məhkəmə çəkişmələri səviyyəsinə çatan problem də doğurmayacaq. “Məncə belə işlərin məhkəmə perspektivi yoxdur. Çünki vətəndaşlığın qəbul etmə məsələsində müraciət edən ərizəçi uşağın özüdür”.
Gültəkin Ələsgər