Modern.az

Azərbaycan Avropaya qaz tədarükünü artırmağı planlaşdırır

Azərbaycan Avropaya qaz tədarükünü artırmağı planlaşdırır

İqtisadiyyat

12 Mart 2022, 22:23

Azərbaycan 2022-ci ildə Avropaya qaz ixracını 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov deyib.

 

“Trans-Adriatik Boru Kəməri istismara veriləndən indiyədək Avropaya 9,7 milyard kubmetr qaz ixrac edilib. Bu il Türkiyəyə qaz ixracımızın həcmi 8,2 milyard kubmetrə, Avropaya isə artırılaraq 9,1 mlrd. kubmetrə çatacaq”,- deyə Pərviz Şahbazov bildirib.

 

Nazir vurğulayıb ki, ölkənin qaz ehtiyatları, mövcud infrastruktur və müxtəlif ölkələrin Azərbaycan qazına marağı Trans-Adriatik Boru Kəmərinin tərkib hissəsi olan Cənub Qaz Dəhlizinin genişləndirilməsini aktuallaşdırır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi