Ukraynanın Mariupol şəhəri Rusiya tərəfindən tam blokadaya alınıb.
Modern.az verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti videomüraciətində məlumat verib.
Onun sözlərinə görə, şəhər gecə-gündüz atəşə tutulur.
“Rusiya qoşunları Mariupolu raketlərlə vurur. Onlar Mariupolda hətta doğum evini vurublar. Xəstəxanalar məhv edilir”, - deyə Zelenski bildirib.