Martın 20-dən 25-dək Tbilisidə NATO-Gürcüstan Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) “NATO-Gürcüstan – 2022” adlı hərbi təlim keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlərdə NATO-ya üzv və tərəfdaş 23 ölkə iştirak edəcək. Təlimlər zamanı iştirakçılar kompüter simulyasiyaları vasitəsilə NATO əməliyyatlarının planlaşdırılması üçün lazımi bacarıqları inkişaf etdirəcəklər.
Qeyd edək ki, ilk NATO-Gürcüstan təlimi 2016-cı ildə keçirilib.