Modern.az

Ərbil şəhəri raket atəşinə tutuldu

Ərbil şəhəri raket atəşinə tutuldu

Dünya

13 Mart 2022, 09:23

İraq Kürdüstanının paytaxtı Ərbil şəhəri raket atəşinə məruz qalıb.


Modern.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.


Bildirilib ki, ABŞ konsulluğu və "Kürdüstan 24" telekanalının yaxınlığına raketlər düşüb. Partlayış nəticəsində "Kürdüstan 24" telekanalının binasına ziyan dəyib. Ümumilikdə şəhər istiqamətində 12 raket atılıb.


İraq Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hadisə nəticəsində ölən olmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu