Modern.az

Ukraynalı qaçqınlar qəzaya düşdü: Ölən və yaralılar var

Ukraynalı qaçqınlar qəzaya düşdü: Ölən və yaralılar var

Dünya

13 Mart 2022, 15:45

İtaliyada ukraynalı qaçqınları sığınacaqlara aparan avtobus qəzaya uğrayıb.

 

Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, qəzaya düşən avtobusda 20-dən çox Ukrayna vətəndaşı olub.

 

Qəza nəticəsində bir qadın həlak olub, beş nəfər yaralanıb. Hadisə martın 13-də səhər saatlarında Forli-Çesena əyalətində baş verib.

 

Məlumata görə, avtobus Peskaraya gedirmiş. Hadisə yerində xilasetmə işləri aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza