Modern.az

Ukraynada amerikalı jurnalist öldürülüb - YENİLƏNİB

Ukraynada amerikalı jurnalist öldürülüb - YENİLƏNİB

Dünya

13 Mart 2022, 19:12

Ukraynada həlak olan amerikalı jurnalist Brent Reno “New York Times” qəzetinin əməkdaşı deyil.

 

Modern.az xəbər verir ki, bu barədə nəşrin nümayəndəsi Kliff Levi məlumat yayıb:

 

“Brent Renonun Ukraynada vəfatı xəbərindən çox kədərləndik. Brent istedadlı fotoqraf və kinorejissor idi, lakin o, “New York Times” qəzeti tərəfindən Ukraynaya ezamiyyətə göndərilməyib”.

 

Onun sözlərinə görə, təqdim edilən akkreditasiya kartı uzun illər əvvəl Renoya verilib.

***

17:40

Rusiya hərbçiləri Kiyev vilayətinin İrpen şəhərində "New York Times" qəzetinin əməkdaşını güllələyib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib.

 

“İşğalçılar rus qoşunlarının Ukraynadakı vəhşilikləri barədə həqiqəti göstərməyə çalışan beynəlxalq jurnalistləri də öldürürlər. Bu gün İrpendə dünyaca məşhur "Nyu York Tayms"ın 51 yaşlı müxbiri güllələnib", - deyə Geraşenko deyib.

 

 Atəş zamanı daha bir jurnalist yaralanıb. Ona ilkin tibbi yardım göstərilir.

 

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza