Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Quterreşin ofisi məlumat yayıb.
Quterreş Rusiya və Ukrayna arasında vasitəçilik səylərinə görə Ərdoğana təşəkkür edib.
Tərəflər nüvə təhlükəsizliyi məsələlərini, eləcə də böhranın dünyanın ərzaq və enerji təhlükəsizliyinə təsirini müzakirə ediblər.