Çeçenistanın silahlı bölmələri Kiyev şəhərinin tam yaxınlığındadır.
Modern.az xəbər verir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib.
“Qardaşlarımız Kiyev istiqamətində işi davam etdirir. Onlar hazırda Ukrayna paytaxtının tam yaxınlığındadırlar”, - deyə Kadırov iddia edib.
Bundan əvvəl Ramzan Kadırovun özünün də Ukraynaya getməsi barədə məlumatlar yayılmışdı.