Ukraynanın xarici işlər naziri Dmirti Kuleba Rusiya ordusuna qoşulmağa hazırlaşan muzdlulara çağırış edib.
Modern.az xəbər verir ki, XİN başçısı bu barədə tvitter hesabında yazıb.
Ukraynaya qarşı döyüşlərə hazırlaşan muzdlulara səslənən nazir deyib: “Etməyin. Beynəlxalq məhkəmələrdə davalar açdıq. Həyatda qalsanız belə, müharibə cinayətkarı olacaqsınız, pula və başqa bir şeyə görə dəyməz”.
Qeyd edək ki, Rusiya Suriya və Liviyada muzdluların toplanılması üçün mərkəzlər açıb. Təkcə Suriyada 14 belə mərkəz fəaliyyətə başlayıb. Burada muzdlular qısa müddət ərzində təlim keçdikdən sonra Xmeymim aviabazasından Moskva vilayətinin Çkalovski aviabazasına gətiriləcəklər.
İddialara əsasən Rusiya xarici muzdlulara aylıq 300 - 600 dollar arası maaş verəcək.