Modern.az

"Ruslar şəxsi heyətin 30%-dən çoxunu itirib" - Arestoviç

Dünya

14 Mart 2022, 00:15

Müharibə başlayandan bəri Rusiya Ukraynaya 100 minə yaxın qoşun yeridib.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

 

O qeyd edib ki, Rusiya ordusunun 13 min hərbi qulluqçusu məhv edilib, 18 mini döyüş üçün yararsızdır. Podolak, həmçinin bildirib ki, Ukrayna ərazisində gedən döyüşlər zamanı ruslar şəxsi heyətinin 30%-dən çoxunu itirib.

 

Arestoviçin sözlərinə görə, bu yaxınlarda Mariupol yaxınlığında 250-yə yaxın rus hərbçi öldürülüb, 700-dən çoxu isə yaralanıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza