Modern.az

Rusiyanın daha 4 təyyarəsi, 3 helikopteri VURULDU

Rusiyanın daha 4 təyyarəsi, 3 helikopteri VURULDU

Dünya

14 Mart 2022, 08:39

Ukrayna hərbçiləri Rusiya ordusunun dörd döyüş təyyarəsini, üç helikopterini və bir dronunu məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

 

“Martın 13-də gün ərzində hava hücumundan müdafiə qüvvələri işğalçıların dörd təyyarəsini, üç helikopterini və bir pilotsuz uçuş aparatını vurub. Xüsusən də Kiyev vilayətində strateji istiqamətlərdən birində düşmənin Su-35, Su-34 və Su-25 kimi qırıcılarından ibarət qrup ukraynalı hərbçilərin müdafiə istehkamlarına zərbələr endirməyə cəhd göstərib. Hava hücumundan müdafiə qüvvələri düşmənin hava hədəflərinə zenit raketləri endirib. İlkin olaraq düşmənin üç təyyarəsi vurulub”, - rəsmi məlumatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza