Modern.az

Rusiya xarici şirkətləri hədələyir

Rusiya xarici şirkətləri hədələyir

Dünya

14 Mart 2022, 09:18

Qərbin sanksiyaları nəticəsində potensial iqtisadi fəlakətlə üzləşən Rusiya hakimiyyəti ölkədən çıxmağa hazırlaşan xarici şirkətləri həbslər və aktivlərinə qadağa qoyulmaqla hədələyib.

 

Modern.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri yazıb.

 

Rusiya prokurorları Coca-Cola, McDonald's, Procter & Gamble, IBM və KFC və Pizza Hut-un ana şirkəti olan Yum Brands daxil olmaqla, zənglər, məktublar və şəxsən ziyarətlər vasitəsilə bir sıra xarici qurumlara xəbərdarlıq edib. Onlar hökuməti tənqid edən məmurları həbs edəcəkləri və ya əqli mülkiyyət də daxil olmaqla aktivlərinə həbs qoyulacaqları ilə hədələyiblər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza