ABŞ və Çin nümayəndələri Rusiya-Ukrayna müharibəsi ilə bağlı iki ölkə arasında artan gərginliyi müzakirə etmək üçün Romada görüşəcək.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, danışıqlardan əvvəl Ağ Evin milli təhlükəsizlik müşaviri Jake Sullivan açıq şəkildə Çinə xəbərdarlıq edib. O bildirib ki, Rusiya iqtisadiyyatına zərbə vuran qlobal sanksiyalardan yayınmaqdan çəkinsinlər.
Rusiyanın Ukraynaya təcavüzü Çini iki ən böyük ticarət tərəfdaşı: ABŞ və Avropa Birliyi ilə üz-üzə qoyub. Çinin bu bazarlara çıxışa ehtiyacı var, lakin rəsmi Pekin həm də Moskvaya dəstək nümayiş etdirərək Rusiya ilə “məhdudiyyətsiz” dostluq elan edib.