Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkənin qərb hissəsində və Polşa ilə sərhəddən 25 kilometr (15 mil) məsafədə yerləşən hərbi bazanı atəşə tutmasının “qara gün” olduğunu deyib.
Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Zelenski Rusiya ordusunun Yavoriv hərbi bazasına 30 raket atdığını bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində 35 nəfər ölüb, 134 nəfər isə yaralanıb.
Zelenski Qərb liderlərinə baza üçün təhlükə barədə xəbərdarlıq etdiyini söyləyib. O, həmçinin qeyd edib ki, Rusiya raketlərinin NATO ərazisinə düşməsi yalnız zaman məsələsidir.