Modern.az

“Ali təhsil müəssisələri ƏDV-dən azad oluna bilər” – Deputat

“Ali təhsil müəssisələri ƏDV-dən azad oluna bilər” – Deputat

Təhsil

25 Yanvar 2013, 14:21

“Azərbaycanın ali təhsil müəssisələrinin əlavə dəyər vergisindən azad oluna və Vergi Məcəlləsinə bununla bağlı əlavə və dəyişiklik oluna bilər”. Bunu Modern.az-a Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini millət vəkili Bəxtiyar Əliyev deyib. O, təhsil sistemində Əlavə Dəyər Vergisinə (ƏDV) güzəştlərin tətbiq olunmasının tərəfdarı olduğunu bildirib: “Ali məktəblər bu vergidən azad olunmaları onların inkişafını stimullaşdıracaqsa mən də ali təhsil müəssisələrinin ƏDV-dən azad olunmasının tərəfdarıyam. Əgər vergi orqanları bu güzəştlərin ali məktəblərin fəaliyyətini stimullaşdırmasını müəyyən edərsə o zaman ƏDV-də güzəştlər etməyə dəyər. Yox əgər heç bir inkişaf olmayacaqsa belə bir addım atılmasının heç bir mənası yoxdur”.

Millət vəkilinin sözlərinə görə, belə məsələlər büdcə müzakirələri zamanı müəyyən olunur. O, bildirib ki, belə olan halda Vergi Məcəlləsinə əlavə və dəyişikliklər nəzərdə tutulur: “Büdcə vergilər əsasında formalaşır. Ona görə də vergi siyasəti də ilk növbədə büdcəni formalaşdırmalıdır. Cari müddət ərzində isə Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi yenə də bu dəyişikliklərin ali məktəblərin stimullaşdıracağı siyasətindən baxıla bilər. Bu nəzərdə tutulan sahədə stimullaşmanı təmin edəcəksə o tətbiq olunacaq. Belə olan halda qanunvericilikdə əlavə və dəyişiklik edilə bilər”.   

Qeyd edək ki, bir müddət əvvəl təhsil naziri Misir Mərdanov ali təhsil müəssisələrinin əlavə dəyər vergisindən azad olunması ilə bağlı məsələnin Milli Məclisdə müzakirə olunduğunu söyləmişdi. Nazir onu da bildirib ki, ali məktəblər üçün ƏDV-nin tətbiq edilməməsi yaxşı olar. Nazir bu yeniliyin özəl universitetlərə şamil olunub-olunmayacağının layihənin hazırlanmasında iştirak edənlər tərəfindən müəyyənləşdiriləcəyini qeyd edib.  

 

Gültəkin ƏLƏSGƏR

 
Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı