Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, axşam havanın tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq
Havanın temperaturu gecə 4-7, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Yanvarın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10, bəzi yerlərdə 12 dərəcəyədək isti olacağı gözlənilir.
Hava şəraitinin dəyişiləcəyi haqqında ilkin məlumat
Uzun müddət ölkə ərazisində davam edən anomal isti hava şəraitindən sonra yanvar ayının son günlərində havanın dəyişiləcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Yanvarın 27-si axşam və yanvarın 28-dən 29-na keçən gecədən fevralın 2-dək respublikanın rayonlarında fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Modern.az