Modern.az

Rusiyalı astroloq Putinin nə vaxt öləcəyini AÇIQLAYIB

Rusiyalı astroloq Putinin nə vaxt öləcəyini AÇIQLAYIB

14 Mart 2022, 12:26

Rusiyalı astroloq prezident Vladimir Putinin nə vaxt öləcəyini və Rusiyada müharibə olacağını proqnozlaşdırıb.


Modern.az saytı “Unian”a istinadən xəbər verir ki, şəxsi təhlükəsizliyi baxımından adı açıqlanmayan astroloq Telegram-da bildirib ki, prezidenti Vladimir Putinin yaxın üç ayda ölməsi ehtimalı var.


"Vladimir Vladimiroviçin tez ölümü qaçılmazdır. İndi iki variant görünür - xəstəlikdən ölüm və  zorakı ölüm. İkinci variant sui-qəsd cəhdi, hərbi zərbə və ya başqa bir şey ola bilər - bunu söyləmək çətindir ", - astroloq bildirib.


Onun sözlərinə görə, Rusiya üçün daha ciddi təhlükə Putinin ölümü deyil, bu dövlətin ərazisində gözləınilən müharibədir.


"Mən yanğınlar, dağıntılar və çoxlu ölümlər görürəm. O cümlədən bizim ən böyük şəhərlərimizdə - Moskvada, Sankt-Peterburqda, bütün ölkədə", - astroloq bildirib.

Onun sözlərinə görə, müharibəni “yaxın ay yarımda” görür.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?