Modern.az

Mariupolun 2500-dən çox sakini öldürülüb

Mariupolun 2500-dən çox sakini öldürülüb

Dünya

14 Mart 2022, 14:08

Fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzündən sonra Mariupol şəhərinin 2500-dən çox sakini öldürülüb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin müşaviri Aleksiy Arestoviç bildirib.

 

O, Mariupol şəhər administrasiyasının rəqəmlərinə istinad etdiyini deyib və Rusiya qüvvələrini mühasirəyə alınmış şəhərə humanitar yardımın çatmasına mane olmaqda ittiham edib.

 

Qeyd edək ki, Rusiya mülki insanları hədəf almadığını bildirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza