Modern.az

İsmayıllı İcra Hakimiyyətində keçirilən görüş başa çatıb - YENİLƏNİB

İsmayıllı İcra Hakimiyyətində keçirilən görüş başa çatıb - YENİLƏNİB

Təhsil

25 Yanvar 2013, 15:28

Bu gün saat 16.00-da İsmayıllı rayon İcra Hakimiyyətində məlum hadisəı ilə bağlı  görüş başlayıb.
İcra başçısının köməkçisi Firdovsi Hüseynovun Modern.az-a verdiyi məlumata görə, bu saatlarda məlum hadisə ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyətində görüş keçirilir. Görüşdə YAP rəhbərliyindən icra katibi Əli Əhmədov və onun müavini  Mübariz Qurbanlı, eləcə də Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi general Cavanşir Məmmədov, İsmayıllıdan olan deputat Novruz Aslanov da iştirak edir.

***
Rayon ziyalıları, gənclər, idarə və müəssisə rəhbərləri, ağsaqqalların iştirak etdiyi görüşdə yanvarın 23-də İsmayıllıda baş vermiş hadisələr müzakirə edilib, ona münasibət bildirilib.

Tədbirdə çıxış edən icra başçısı Nizami Ələkbərov ictimaiyyət nümayəndələrini təmkinli olmağa çağırıb.

DİN-in idarə rəisi Cavanşir Məmmədov deyib ki, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma gedir və buna uyğun addım atılacaq.

***
«Prosesdə iştirak edilən müəyyən adamlar da məsuliyyətə cəlb edilib. Hadisə zamanı ayrı-ayrı vətəndaşlar, o cümlədən polislər xəsarət alıb. Üç polis – ilk gün, yanvarın 24-də də bir polis işçisi xəsarət alıb. Faktla əlaqədar DİN və prokurorluğun nümayəndələri rayona ezam olunublar və araşdırmalar davam etdirilir. Bütün hadisələrin qarşısı alınıb və alınacaq. Hər şey hüquqi müstəvidə davam etdiriləcək. Ayrı-ayrı sakinlər bizə öz minnətdarlığını bildirir və biz də onlara minnətdarlığımızı bildiririk. Mən gənclərə müraciət, xahiş edib onları bu məsələlərdən çəkindirirdim. Kanalizasiya lyuklarını çıxarıb şahmat şəklində yola düzüblər ki, polis maşınları keçə bilməsin. Bir neçə yerdə yanğın törədiblər. Dünən və bu gün insanları istiqamətləndirməyə çalışanlar olub. Biz onlara qarşı tədbir görəcəyik».
Əli Əhmədov çıxışında deyib ki,  hüquq-mühafizə orqanlarının əməkdaşları İsmayıllıya əmin-amanlıq yaratmaq üçün gəliblər.
"Bu qarşıdurmadan daha çox siz - ismayıllılar narahatsınız. Biz qəbul etməliyik ki, qarşıdurma, hansısa oteli yandırmaq olmaz. Hansısa narahatlıq varsa, bu, o problemi həll etmir. Mən demək istəmirəm problem yoxdur. Yəqin, nə isə problem var. Bu məsələdən öz məqsədləri üçün istifadə etmək istəyənlər var. Hadisənin baş verməsindən sonra ayrı-ayrı yerlərdən gələn adamlar olub. İnanmırıq ki, onlar bu qarşıdurmanın qarşısını almaq üçün gəliblər. Biz istəyirik bu qarşıdurmanın qarşısını siz özünüz alasınız, rayonun ağsaqqalları alsın".
YAP rəsmisi bildirib ki, gənclərin nəyisə yandırması düzgün deyil, qanun olan yerdə kimlərisə özbaşına cəzalandırmaq təhlükəlidir.

***
İsmayıllının deputatı Novrus Aslanov isə deyib ki, məişət zəminində baş verən hadisəni kimlərsə başqa istiqamətə yönəltməyə cəhd göstəriblər:

****

Tədbirdə İsmayıllı camaatı təmkinli olmağa çağırılıb... Görüş artıq başa çatıb...

Sevinc İltifatqızı
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı