Müharibə başlayandan bəri Ukraynada 100-dən çox xəstəxanaya ziyan dəyib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bildirib.
Onun sözlərinə görə, 7 xəstəxana tamamilə məhv edilib, 97-si isə atəş və bombardman nəticəsində zədələnib.
Lyaşko əlavə edib ki, hazırda ölkənin səhiyyə sistemi işləyir və təxminən 2000 əcnəbi həkim və tibb bacısı könüllü işə başlayıb.