Modern.az

Vitse-prezident AMEA əməkdaşlarının ixtisarını TƏKLİF ETDİ

Vitse-prezident AMEA əməkdaşlarının ixtisarını TƏKLİF ETDİ

14 Mart 2022, 17:40

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşlarının ixtisarı və bir neçə institutun ləğv edilməsi təklif olunub.

 

Modern.az xəbər verir ki, bu təkliflə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev çıxış edib.

 

O bildirib ki, AMEA-nın strukturuna bir daha baxılmalı, profilcə yaxın olan bir neçə institut bazasında oxşar məqsədi və proqramı olan elmi mərkəzlərin yaradılması, lüzumsuz qurumların birləşdirilməsi və ya ixtisar edilməsi, yeni elmi-innovasion strukturların yaradılması nəzərdən keçirilməlidir.

 

D.Tağıyev əlavə edib ki, dünya praktikasında əməkdaşların sayı çox olmayan, lakin konkret məqsədi olan elmi tədqiqat institutları üstünlük təşkil edir:

 

"Bu baxımdan institutların birləşdirmək yolu ilə daha da iriləşdirilməsi əvəzinə əməkdaşların sayı çox olan institutlarda bilavasitə elmi araşdırmalarla məşğul olmayanların sayını minimuma endirmək, bunun hesabına məhsuldar işləyən tədqiqatçıların maddi durumunu yaxşılaşdırmaq daha məqsədəuyğun olardı".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi