İranda keçirilən ilaxır çərşənbələrdə alışqan maddələrin partlayışı nəticəsində 8 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə İranın Təcili Tibbi Xidmət mərkəzi məlumat yayıb.
Bildirilib ki, müxtəlif yerlərdə baş vermiş hadisələr nəticəsində daha 275 nəfər yaralanıb. Yaralılardan 25 nəfəri bədən üzvlərini itirib, 81 nəfər isə gözündən xəsarət alıb.