Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Naftali Bennet arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, İsrail tərəfinin təşəbbüsü ilə baş tutan danışıq zamanı tərəflər Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıb. Lakin telefon söhbətinin detalları hələlik açıqlanmayıb.