Modern.az

Bakıda dünya çempionu niyə öldürüldü... - YENİLƏNİB

Bakıda dünya çempionu niyə öldürüldü... - YENİLƏNİB

15 Mart 2022, 08:16

Bakının Nəsimi rayonunda qətl törədilib.

 

Modern.az xəbər verir ki, hadisə ötən gün Kazım Kazımzadə küçəsində baş verib.

 

Məlumata görə, 1984-cü il təvəllüdlü Zaur Yusifov naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində həyatını itirib.

 

İnternetdə yayılan görüntülərdən aydın olur ki, hadisə marketlərdən birində qeydə alınıb. Cinayəti törədən şəxsin kimliyi hələlik məlum deyil. Hazırda faktla əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, Z.Yusifov uzun müddət kikboks idman növü ilə məşğul olub. O, dünya çempionu titulunu qazanıb. Bir müddət idmandan uzaqlaşaraq, dövlət qurumunda çalışıb.

 

Naməlum qətllə bağlı müxtəlif versiyalar irəli sürülür.

 

Araşdırma zamanı məlum olub ki, Z.Yusifov iki il öncə Bakıda kriminal avtoritet “Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunaraq saxlanılıb. Lakin o daha sonra məhkəmədə bəraət alaraq azadlığa çıxıb. Emin Səfərovun ailəsi dəfələrlə mətbuata açıqlama verərək, qətlin şəxsən Z.Yusifovin sifarişi əsasında törədildiyini iddia edirdi.

 

Məlum hadisədən 2 il sonra dünya çempionunun öldürülməsi ortaya müxtəlif suallar çıxarır. Ehtimal olunur ki, Z.Yufisov qisas zəminində və şəxsi ədavət səbəbindən öldürülə bilər. Hadisə ilə bağlı digər versiyalar da istisna edilmir. Hər halda hələlik faktla əlaqədar araşdırma gedir. Tezliklə cinayəti törədən şəxsin saxlanılaraq istintaqa cəlb olunmasından sonra bütün detallar üzə çıxacaq. 

 

 

Xatırladaq ki, 2020-ci il may ayının 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq dövründə 1984-cü il təvəllüdlü Zaur Yusifov da saxlanılıb. Kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham olunsa da, 2021-ci il oktyabrın 8-də azadlığa buraxılıb. Məhkəmənin qərarı qarşı tərəfin etirazına səbəb olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?