Modern.az

İmtahanların martda keçirilməsi nəticələrə təsir edəcək

İmtahanların martda keçirilməsi nəticələrə təsir edəcək

Təhsil

15 Mart 2022, 09:50

Martın 5-dən başlayaraq 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

 

Hər il olduğu kimi şagirdlər sualların səviyyəsindən müəyyən dərəcərə narazıdırlar.

 

Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, şagirdlər riyaziyyat fənnindən şikayətçidir:

 

"Geridə qoyduğumuz 4 zona üzrə imtahanlarda şagirdlər daha çox riyaziyyat fənninin suallarından narazıdırlar. 13 martda imtahan verən şagirdlər isə açıq və situasiya tipli test tapışırqlarının həlli zamanı çətinlik çəkiblər. Eyni zamanda, imtahanda başlanğıcda ingilis dili fənnindən dinləmə mətni içtirakçılarda müəyyən çətinlik yaradıb. Belə ki, bəzi bölgələrdə həmin dinləmə mətninin səsləndirilməsi  zamanı daha sürətli proqramdan istifadə olunub və imtahan içtirakçıları mətni normal dinləyə bilməyiblər. Ümumiyyətlə imtahan başlayanda bu bacarığın yoxlanılması doğru deyil, çünki şagirdlərə əlavə çətinlik yaradır".

 

 

K. Əsədov qeyd edib ki, buraxılış imtahanının formatında da müəyyən dəyişiklik olmalıdır:

 

“Mahiyyət odur ki, yoxlanılan bacarıqlar bütün uşaqlar üçün eyni səviyyədə deyil. Hər bir sualın məzmun baxımından yoxlanılma adəti var və bu ciddi bir məsələdir. Dünya təcrübəsində vahid halda imtahan keçirilir. Dinləmə, danışma və yazma bacarıqları, IQ səviyyəsi yoxlanılır. Biz fərqli ixtisas qrupları üzrə imtahan verən uşaqları eyni səviyyədə yoxlayırıq. Qruplar üzrə eyni imtahan olmalıdır. Məzmun odur ki, vahid imtahan keçirilir, ancaq eyni səviyyədə qiymət verilir. Pandemiya imtahan nəticələrinə birbaşa öz təsirini göstərir bu danılmaz faktdır. İmtahanların mart ayında keçirilməsi isə nəticələrə təsirsiz ötüşməyəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi