Modern.az

YAP-çı gənclər sosial şəbəkələrdə niyə aktiv deyil?

YAP-çı gənclər sosial şəbəkələrdə niyə aktiv deyil?

Təhsil

26 Yanvar 2013, 09:11

Sosial şəbəkələrdə daha çox müxalifətçi və müxalifyönümlü gənclər paylaşımlar edir. Müxalifət düşərgəsinin Facebook-da bir neçə səhifəsi, qrupu da mövcuddur: “İstefa”, “Xilas”, “Demokrat” və s. Eyni zamanda bir neçə müxalifət partiyasının gənclər təşkilatının da səhifəsi var. Amma YAP-çı gənclərin sosial şəbəkələrdə fəallığı görünmür.
Lakin Modern.az-a danışan YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu iradla razılaşmır. Onun sözlərinə görə, aktivlik “Azərbaycana ləkə gətirən” paylaşımlarla ölçülmür.

“Mən bu iradları qəbul etmirəm. Bizim partiyanın gəncləri kifayət qədər aktivdirlər. Öz qruplarımızda onların fikirləri, münasibətləri olur. “Azərbaycan-2013 Qələbə”, bir çox rayon təşkilatımızın səhifələri var. Sadəcə olaraq müxalifətçi gənclər müəyyən məsələlərdə ağlına gələni yazıb paylaşımlar edirlər. Bu diqqəti cəlb edir. İnsan psixologiyası yaxşı olmayan bir şeyə meyllidir. Azərbaycanı ləkələyən bəzi fikirlər, dövlətə qarşı xoşagəlməyən sözlərlə xal qazanmaq istəyən qruplara aktiv demək düzgün deyil. İqtidar müstəqil gənclərin ABŞ Konqresində Qarabağ məsələsinin müzakirəyə çıxarılması ilə bağlı kompaniyaya start verib. Bizim gənclər bu cür işlərlə məşğuldur. Qobu kəndində bir çuxur şəkli çəkib paylaşaraq nəsə qazanmaq istəyənləri biz qəbul etmirik”.

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı bunun sosial problemlərdən qaynaqlandığını deyir.
“Siyasiləşmiş insanlar, partiya nümayəndələri həmişə ictimai sektorda daha aktiv olurlar. Bu bütün dünyada belədir. Burada qeyri-adi bir şey yoxdur. Avropa, ABŞ və digər inkişaf etmiş dövlətlərlə müqayisə aparsaq, oradakı gəncliyin böyük əksəriyyətinin siyasətdən yazmadığının şahidi olarıq. Daha çox şəxsi həyatlarını, hobbilərini müzakirə edirlər. Amma bizdə diskussiyaların çoxu ictimai-siyasi məsələlərlə bağlıdır. Bu da cəmiyyətin bu hadisələrə vaxt ayırdığını, və müzakirə edilən mövzuların aktuallığının göstəricisidir. Bütün bunlar dövlətin problemlərindən irəli gələn faktordur. Çünki sosial və ictimai-siyasi problemlər olan yerdə insanlar başqa şeydən yaza bilməzlər”.
Aqşin Kərimov
Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı