Modern.az

Deputat nazirliyə göndərdiyi 8 məktuba cavab almayıb

Deputat nazirliyə göndərdiyi 8 məktuba cavab almayıb

Parlament

15 Mart 2022, 16:26

"Neftçalanın problemləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 8 məktub göndərmişəm, birinə belə cavab verilməyib". 

 

Modern.az xəbər verir ki, bu sözləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib. Deputat bildirib ki, Nazirlər Kabineti Milli Məclisdə səsləndirilən təklifləri nəzərə almalıdır: 

 

"Hökumət iclasların stenoqramını götürsün, təklif olunan məsələlərlə tanış olsun. Kürün taleyi ilə bağlı hökumət nə iş görür, bununla bağlı sualıma cavab istəyirəm.

 

Bundan əlavə, təmsil etdiyim Neftçala sakinlərinin məşğulluq məsələsi ilə bağlı ümumi proqramın hazırlanmasına ehtiyac var. İnsanlar balıq ovu ilə dolanırdı, indi isə bu sahədə problemlər var. İşsizlik məsələsi həll olunmalıdır".

 

Spiker Sahibə Qafarova deputat Sabir Rüstəmxanlının müraciəti ilə bağlı Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevə tapşırıq verib:

 

"Sabir müəllim dedi ki, 8 məktubuna nazirlik cavab vermir. Səfa müəllim, mən xahiş edirəm, həmin məktublarla bağlı araşdırma aparılsın. Məktublar, buradan çıxıbmı, öyrənilsin".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi