Modern.az

“Bir ildə bütün problemləri həll etmək mümkün deyil” – Baş nazir 

“Bir ildə bütün problemləri həll etmək mümkün deyil” – Baş nazir 

Ölkə

15 Mart 2022, 16:52

"Hökumətin Milli Məclis qarşısında hesabatını təqdim etməkdən qürur duyuruq". 

 

Modern.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı deyib

 

"Bu hesabat tək sizin üçün deyil, bizim üçün də çox vacibdir. Çıxışları səmimi qəbul edin, təriflər də, tənqidlər də oldu. Amma əsas məqam odur ki, hər iki qurumun amalı birdir. Xalqımıza, millətimizə xidmət etmək cənab Prezidentin qarşıya qoyduğu hədəflərə nail olunmasına çalışmaqdır".

 

Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı müraciətlərə cavab olaraq bildirib ki, bir il ərzində bütün problemləri həll etmək mümkün deyil: 

 

"Problemlər var və bunların aradan qaldırılması üçün işlər görülür".

 

Qeyd edək ki, bu gün parlamentin iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunub. Hesabatı Baş nazir Əli Əsədov təqdim edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama