Şirvanda 70 yaşlı qadın qardaşı tərəfindən boğularaq qətlə yetirilib.
Modern.az APA-ya istinadən xəbər verir ki, əvvəllər dəfələrlə məhkum olunmuş Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Rəsulov Alim Rəsul oğlu ailə münaqişəsi zəminində bacısı - 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızını əli ilə boğaraq öldürüb. Bacısının qətlini gizlədən qardaş onu öz əcəli ilə ölən kimi el adəti ilə şəhər qəbristanlığında dəfn edib.
Bu gün hüquq-mühafizə orqanlarına qadının qətlə yetirildiyi məlum olub. Axşam saatlarında meyit hüquq-mühafizə orqanları təfindən müayinə olunmaq üçün qəbirdən çıxarılaraq Şirvan morquna yerləşdirilib.
Qətli törətməkdə təqsirləndirilən A.Rəsulov saxanılıb.
Faktla bağlı Şirvan şəhər prokuroluğunda araşdırma aparılır
***
21:45
Şirvan sakini bacısını qətlə yetirərək basdırıb.
Modern.az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızı qardaşı Alim tərəfindən bir neçə gün əvvəl qətlə yetirilərək Şirvan-Salyan yolunun sağ tərəfində yerləşən dağlıq ərazidə basdırılıb.
Meyit hüquq-mühafizə orqanları tərəfindən basdırıldığı yerdən çıxarılaraq Şirvan morquna yerləşdirilib.
Qətli törətməkdə şübhəli bilinən Alim saxanılıb.
Faktla bağlı araşdırma aparılır.