Modern.az

Çavuşoğlu Moskvaya niyə gedir?

Çavuşoğlu Moskvaya niyə gedir?

16 Mart 2022, 00:02

Rusiya və Türkiyə xarici işlər nazirləri martın 16-da Moskvada görüşəcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, XİN başçıları Sergey Lavrov və Mövlud Çavuşoğlu Ukraynadakı vəziyyəti müzakirə edəcək, Astana formatında üçtərəfli görüşün vaxtını və mövzularını, Suriyada konstitusiya komitəsinin fəaliyyətinin aktivləşdirilməsinə dair məsələləri nəzərdən keçirəcəklər.

 

Çavuşoğlu Rusiyadan sonra Ukraynaya səfərə yola düşəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza