Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli icazəsiz etiraz aksiyalarına görə cərimələrin artırılmasını nəzərdə tutan qanun layihəsinin qəbulunun düzgün qərar olduğunu vurğulayıb. Modern.az-ın xəbərinə görə, Ə.Hüseynli məsələyə növbəti dəfə münasibət bildirib.
“Bu qanun layihəsinin qəbul olunması ilə biz mitinqlərdən sonra kütləvi həbs məsələsini həll etmiş olduq. Bu hümanist və çox təqdirəlayiq qanun layihəsidir. Təbii ki, insanların sərbəst toplaşmaq hüququ var. Bu qanun sərbəst toplaşmaq haqqında hüququ pozmur”.