Modern.az

Makron Marinaya sığınacaq TƏKLİF ETDİ

Makron Marinaya sığınacaq TƏKLİF ETDİ

16 Mart 2022, 00:22

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın “Pervıy” kanalının canlı efirində yayımlanan “Vremya” verilişində "Müharibəyə yox!" plakatı açan Marina Ovsyannikovaya siyasi sığınacaq verməyə hazır olduğunu bildirib.

 

Modern.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, Makron rusiyalı həmkarı Vladimir Putinlə Ovsyannikovanın işini şəxsən müzakirə edəcəyini deyib.

 

Qeyd edək ki, Marina Ovsyannikova ötən gün “Vremya” verilişində Ukraynadakı müharibəyə etiraz edib. Onun canlı yayım zamanı əlində tutduğu plakatın üzərində “Müharibəyə yox! Təbliğatlara inanmayın! Burada sizə yalan danışırlar!” sözləri yazılıb.

 

Məlum hadisə dünya arenasında böyük rezonans doğurub. Marina insident səbəbindən saxlanılıb, daha sonra cərimələnərək sərbəst buraxılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza