Ukrayna hərbçiləri tərəfindən Rusiya ordusunun 10 yüksək rütbəli zabiti öldürülüb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, indiyədək döyüşlərdə general-mayorlar Maqomed Tuşayev, Vitali Gerasimov, Andrey Kolesnikov, Andrey Suxovetski, polkovniklər Andrey Zaxarov, Sergey Poroxnyu, İqor Nikolayev, polkovnik-leytenantlar Yuri Aqarkov, Dmitri Sofronov, Mixail Yermolin həlak olublar.
Yüksək rütbəli zabitlər arasında ölüm sayının artması istisna edilməyib.