
Gənclərin etiraz askiyası artıq başlayıb. Modern.az saytının hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, aksiya Sahil bağında keçirilir. Artıq həbs olunanlar da var.
Qeyd edək ki, bir qrup gənc bu gün “Silahları üstümüzdən çəkin!” şüarı ilə Fəvvarələr Meydanına aksiya təyin etmişdi. Ancaq son anda Fəvvarələr medanına təyin edilmiş aksiyasın yeri dəyişdirilib. Təşkilatçılardan olan Emin Milli sosila şəbəkədə müraciətində “B” planının işə düşdüyünü elan edib və hamını Sahil bağına gəlməyə çağırıb.
Hazırda etirazçı qruplar Sahil bağı istiqamətində hərəkət edir...
Gənclər Binə Ticarət Mərkəzində və İsmayıllıda polisin rezin güllədən atəş açmasına, gözyaşardıcı qazlardan istifadə etməsinə etiraz edirlər....
***

Jurnalist Şahvələd Çobanoğlu da saxlanılanlar arasındadır...
***
Aksiyanın təşkilatçılarından olan Emin Milli də saxlanılıb...
***
Polis 30-a yaxın iştirakçını saxlayaraq avtobusla hadisə yerindən aparıb.
***
Aksiyaya çıxan gənclər "İsmayıllı yatmayıb, qeyrətini satmayıb!", "İsmayıllı oyaqdı, Bakı ona dayaqdı!" kimi şüarlar səsləndiriblər...
****
Modern.az saytının hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, saxlanılar arasında aksiyanın fəalları Əbülfəz Qurbanlı, Turqut Qəmbər, Nicat Kamal, İlkin Rüstəmzadə, Nərgiz Yaqublu, Atabəy Ağalarbəyli və hüquq müdafəçisi İntiqam Əliyev də var...

***
"Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayıl da saxlanılanlar arasındadır.
***
Aksiyanın hazırda bulvar istiqamətində bir qrup gənc tərəfindən davam etdirildiyi bildirilir...
***
Pedaqoji Universitetin yanından və "Park Bulvar" tərəfdə 50-dək gənc fəal dənizkənarı bulvara doğru yürş edib, şüarlar səsləndiriblər. Polislər meydana səpələnərək şüarlar qışqıran gəncləri saxlamağa çalışıb.
***
Aksiya «Park Inn» otelinin qarşısında, «Park Bulvar» Mərkəzi ətrafında davam edir. Polis səsgücləndiricilərlə aksiyaçıları dağılışmağa çağırır. Bulvarda davam edən aksiyada daha bir neçə saxlanan var. Onlar PPX maşınına mindirilərək ərazidən uzaqlaşdırılıb.
***
Təşkilatçılar saxlanıldığından sksiya demək başa çatıb... Polis aksiya keçirilən ərazilərdə nəzarəti ələ alıb...
***
Aksiyada 100-ə yaxın etirazçının saxlandığı bildirilir. Onların Xətai, Nəsimi və Səbail rayon polis idarələrinin bölmələrində saxlandığı deyilir. Hələ ki hüquq-mühafizə orqanlarından saxlananların sayı barədə məlumat almaq mümkün olmayıb.
Anar Kəlbiyev